13:42 18-07-2017
news_image

Cüdoçularımız Minskə yollanır

Cüdo üzrə əsas millimiz Bakıda təlim-məşq toplanışını başa vurduqdan sonra iyulun 20-də səfərə çıxacaq. Apasport.az-ın Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, idmançılarımız Belarusun paytaxtı Minskə yollanacaqlar.

 

Komandamız iyulun 22-də Avropa açıq çempionatına qatılacaq. 50 ölkədən 500-ə yaxın cüdoçunun mübarizə aparacağı mötəbər yarışda ölkəmiz 16 idmançı ilə təmsil olunacaq.

 

Minskdə Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Fəqan Quluzadə, Məmmədli Mehdiyev, Tural Səfquliyev, Firudin Dadaşov, Rüfət İsmayılov, Elmar Qasımov, Elxan Məmmədov, Uşanqi Kokauri, Səkinə Zayırova, Gülsədəf Kərimova, Kristina Jukovets və Nuriyyə Axundova tatami üzərinə çıxacaqlar.