09:33 19-07-2017
news_image
1179
TOP OYUNLARI

Millimiz məğlubiyyətləri sıralayır

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Rumıniyanın Oradea şəhərində keçirdiyi ilk iki qarşılaşmada məğlub olan komandamız bu dəfə də meydanı başıaşağı tərk edib.

 

Rusiyaya 56:85, Slovakiyaya 78:86 hesabı ilə uduzan yığmamız Böyük Britaniya ilə görüşdə daha acınacaqlı nəticə ilə üzləşib. Belə ki, millimiz 68:111 (7:20, 8:32, 30:28, 23:31) hesabına üzülüb. Ender Poladxanlı komandamıza daha çox – 24 xal qazandırıb.

 

Bu gün yığmamız qrupda son oyununu keçirəcək. Millimiz Hollandiya ilə qarşılaşacaq.

 

yer

komanda

O

Q

M

T/F

X

1

Böyük Britaniya

4

3

1

307-252

7

2

Rusiya

3

2

1

209-168

5

3

Hollandiya

3

2

1

196-188

5

4

Slovakiya

3

1

2

195-219

4

5

Azərbaycan

3

0

3

202-282

3