00:52 25-07-2017
news_image
989
FUTBOL

Eddi İsrafilov fərqləndi, komandası uduzdu

Növbəti mövsümə hazırlığı davam etdirən klublardan bəziləri sınaq matçları keçirirlər. Apapsport.az saytının məlumatına görə, İspaniyanın “Kadis” klubu da növbəti yoxalam oyununa çıxıb.

 

Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu klub İspaniya Sequndasında çempion olaraq La Liqaya yüksələn "Levante" ilə qarşılaşıb.

 

Futbolçumuzun komandası meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

 

Eddi də bu görüşün iştirakçısı olub. O, fasilədən sonra meydana çıxıb. Komandasının son dəqiqələrdə vurduğu təsəlli qolunun məhsuldar ötürməsini də məhz millimizin üzvü verib.