09:09 26-07-2017
news_image
631
TOP OYUNLARI

Yığmamızdan 3-cü qələbə

16 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunda çıxış edən Azərbaycan yığması növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Andorrada keçirilən yarışın B qrupunda mübarizə aparan Elşən Yusubovun yetirmələri San-Marino ilə qarşılaşıb.

 

Millimiz bu görüşdə 90:62 hesabı ilə qələbə qazanıb. Papuna Kirtadze hamıdan çox 34 xalla yığmamızın uğurunda pay sahibi olub.

 

Bu qələbə komandamızın 3-cü uğurudu. İlk turda Monakonu 74:63, ardınca isə Albaniyanı 78:66 hesabı ilə yenən yığmamız B qrupunun lideridi. Millimiz qrupdakı son oyununda meydan sahibləri ilə üz-üzə gələcək. Bu gün baş tutacaq matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.