17:06 27-07-2017
news_image
1191
DİGƏR NÖVLƏR

DÇ: Üzgüçümüz 40 idmançı arasında 38-ci oldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən su idman növləri üzrə dünya çempionatında Azərbaycan təmsilçilərinin növbəti çıxışı gerçəkləşib. Apasport.az saytının məlumatına görə, üzgüçümüz Boris Kirillovun mundialdakı ikinci cəhdi də uğursuz alınıb.

 

Arxası üstə 200 metr məsafəyə üzən idmançımız təsnifat mərhələsində finişə 2 dəqiqə 9,22 saniyəyə çatıb. Öz “səkkizliy”ində sonuncu olan Kirillov ümumi hesabda 40 idmançı arasında 38-ci olub. O, yalnız Nikaraqua və Madaqaskardan olan rəqibini arxada qoyub. Ümumilikdə 41 üzgüçünün qatılmalı olduğu yarışın iştirakçılarından biri isə start xəttinə çıxmayıb.

 

Qeyd edək ki, Kirillov arxası üstə 100 metr məsafəyə üzməkdə 46 idmançı arasında 42-ci olmuşdu.