14:27 28-07-2017
news_image
737
DİGƏR NÖVLƏR

Almaniyalı çempion oldu, Qasımova finaldan kənarda qaldı

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatında daha iki medal dəsti sahibini tapıb. Apasport.az saytının məlumatına görə, qadınlar və qızlar 25 m məsafədən atəş açmaqda ən güclüləri müəyyənləşdirib.

 

Azərbaycan idmançısı Zərifə Qasımova da hədəf önünə çıxıb. 300 mümkün xaldan 283-nü yığan snayperimiz qadınların yarışında 38 idmançı arasında 29-cu olub. O, final mərhələsinə yüksələ bilməyib.

 

Qitə çempionu adına isə almaniyalı Monika Karş yiyələnib. Qızların mübarizəsində isə Bolqarıstan idmançısı Miroslava Minçeva qızıl medala sahib çıxıb.