10:05 29-07-2017
news_image
5356
FUTBOL

“Bu il daha uğurlu çıxış edərik” – Səlahət Ağayev - VİDEO

“Neftçi” ölkəmizin flaqmanıdı. Hər bir futbolçu istəyər ki, "Neftçi” kimi komandada oynasın”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin qapıçısı Səlahət Ağayev deyib.

 

Klubun televiziyasına açıqlama verən 26 yaşlı qapıçı yeni qoşulduğu komandaya uyğunlaşmasından danışıb. Qolkiper bildirib ki, artıq komandanın bir parçasına çevrilib: “Birinci dəfə olmağına baxmayaraq, sanki illərdi "Neftçi”dəyəm. Uzun müddət "İnter”də oynamışam. "İnter”dən sonra "Neftçi” mənə gözlədiyimdən də doğma gəldi. Ümid edirəm, bu il daha uğurlu çıxış edərik, çempionluq, avrokuboklar üçün oynayarıq. "Şalke” ilə oyuna gəlincə, hesab bizim üçün önəmli olmamalıdı. Belə oyunlar bizim üçün təcrübə baxımından əla şansdı. Düşünürəm ki, komanda şəklində oyunumuz pis alınmadı. Əgər "Şalke” kimi komandaya qarşı belə oyun göstərdiksə, məncə, hər şey normaldı”.