11:10 29-07-2017
news_image
1032
TOP OYUNLARI

Millimiz məğlubiyyətlə başladı

18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının B divizionunda ilk turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması Estoniyadakı yarışın ilk turunda Portuqaliya ilə qarşılaşıb.

 

C qrupunda çıxış edən millimiz ilk qarşılaşmada böyük fərqlə uduzub – 45:75 (13:20, 8:17, 9:20, 15:18). Komandamızın heyətində Kamran Məmmədov hamıdan çox – 11 xal toplayıb.

 

Qeyd edək ki, yığmamız bu gün keçiriləcək II turda Polşa ilə görüşəcək.