14:05 29-07-2017
news_image

Yığmamız mundiala hazırlığın 2-ci mərhələsinə başladı

Kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı davam etdirir. Apasport.az saytının məlumatına görə, komandamız təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

 

Yığmamız məşqlərini Boks Mərkəzində keçir. Məşqçilər korpusu bu mərhələdə xüsusi fiziki hazırlığa diqqət yetirəcək. Toplanışa 9 boksçu cəlb edilib. Onlardan 5-i mundialda iştirak edəcək idmançılarımızdır. Bu mərhələ avqustun 8-də başa çatacaq.

 

Qeyd edək ki, dünya çempionatı avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək. Yarışda ölkəmizin idman şərəfini Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaqlar.

 

Mənbə: abf.az