14:51 29-07-2017
news_image
1158
DÖYÜŞ NÖVLƏRİ

İkiqat Avropa çempionu bıçaqlandı

Rusiyalı güləşçi Yuri Vlasko qətlə yetirilib. Apasport.az saytının məlumatına görə, sərbəst güləş üzrə ikiqat Avropa çempionunun meyiti Baykal gölünün kənarında tapılıb.

 

20 yaşlı idmançı Buryatiyada keçirilən turnirin qonaqlarını göllə tanış etmək üçün Baykalın kənarına gedib. Onun döyüldüyü və ürək tərəfindən bıçaqlandığı məlum olub.

 

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi açılıb və güləşçinin qatili axtarılır.