17:44 29-07-2017
news_image
1426
DİGƏR NÖVLƏR

DÇ: 4 dəst medal sahibini tapdı

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatında daha 4 dəst medal sahibini tapıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan idmançıları bu dəfə də mükafat qazana bilməyib. Buna səbəb atıcılıarımızın bu növlərdə iştirak etməməsi olub.

 

300 m məsafədən hədəfi nişan alan qadınların yarışında isveçli Elin Ahlin çempion adına yiyələnib – 594 xal. O, avstriyalı Oliviya Hoffmanı 3, həmyerlisi Anna Normanı 5 xal geridə qoyub.

 

Bu növdə komanda hesabında da İsveç 1-ci olub. Skandinaviyalı “üçlük” 1771 xal yığıb. Almaniya (1754) 2-ci, Estoniya (1751) 3-cü olub.

 

Oğlanlar 25 m məsafədən tapança ilə atəş açıblar. Fərdi yarışlarda 583 xal toplayan Ernests Erbs (Latviya) qalib gəlib. O, fransalı Eduard Dortombu 8, rusiyalı Danil Şixovu 9 xal arxada qoyub.

 

Komanda yarışında Rusiya 1715, Ukrayna 1713, Fransa 1708 xal toplayıb.