13:37 30-07-2017
news_image
1575
FUTBOL

“Barselona” “El-Klasiko”nu qazanıb çempion oldu - VİDEO

Beynəlxalq Çempionlar Kuboku turnirinin Amerika divizionunda növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, “Real” ilə “Barselona” üz-üzə gəlib.

 

Mayamidə baş tutan “El-Klasiko” kataloniyalıların qələbəi ilə başa çatıb. Görüşə fəal başlayan “Barselona” erkən qollara sevinib.

 

Messi və Rakitiç 7 dəqiqəyə fərqi iki topa çatdırıb. Ancaq “Real”ın cavabı özünü çox gözlətməyib. Kovaçiç və Asensio ilk hissə tamam olmamış tarazlığı bərpa edə biliblər.

 

İkinci hissəyə də katalonlar qolla başlayıb. Pike 50-ci dəqiqədə komandasını yenidən önə keçirib.

 

Oyunda başqa qol olmayınca “Barselona” 25 ildən sonra ilk dəfə İspaniyadan kənarda oynanan “El-Klasiko”da qələbəni bayram edib.

 

Bununla da, 3 oyundan sonra 7 xal toplayan komanda Beynəlxalq Çempionlar Kubokunun Amerika divizionunun qalibi adını qazanıb.

 

Qeyd edək ki, BÇK ABŞ, Çin və Sinqapurda olmaqla üç fərqli divizion halında təşkil olunur.

 

 

Beynəlxalq Çempionlar Kuboku

30 iyul

 

“Real” – “Barselona” – 2:3

Qollar: Kovaçiç, 14, Asensio, 36 – Messi,3, Rakitiç, 7, Pike, 50