13:58 30-07-2017
news_image
5085
FUTBOL

Omar Momani Tofiq Bəhramov haqqında animasiya çəkdi - VİDEO

Məşhur karikaturaçı Omar Momani növbəti işində əfsanəvi azərbaycanlı hakim Tofiq Bəhramovdan bəhs edib. Apasport.az saytının məlumatına görə, o, 30 iyul 1966-cı ildə keçirilmiş dünya çempionatının final matçının 51 illiyi münasibətilə animasiya hazırlayıb.

 

Belə ki, o gündən bəri illərdi müzakirə olunan mübahisəli qol bu dəfə də əsas mövzu olub. Matçın əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatdığı üçün oynanılan uzatma dəqiqələrində ingilis Cof Herstin zərbəsindən sonra əvvəlcə qapı tirinə, ardınca isə yerə dəyən top qol olaraq hesaba alan Tofiq Bəhrəmov bu animasiyanın əsas qəhrəmanıdır.

 

Qeyd edək ki, əfsanəvi hakimimiz bu oyundan sonra İngiltərə kraliçası II Elizabet tərəfindən “qızıl fit” mükafatı ilə təltif edilmişdi.