09:30 31-07-2017
news_image
501
DİGƏR NÖVLƏR

Ruslan Lunyov Avropada 7-ci oldu

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının 10-cu günü arxada qalıb. Apasport.az saytının məlumatına görə, idmançılarımız bu dəfə də medal qazana bilməyib.

 

25 m məsafədən standart tapançadan atəş açmada Ruslan Lunyov qüvvəsini sınayıb. Təmsilçimiz 564 xalla 7-ci olub. O, qızıl medal qazanan ukraynalı Pavel Korostılyovdan 17 xal geri qalıb. 1719 xal toplayan Ukrayna millisi komanda yarışlarında da çempionluq qazanıb.

 

Oğlanların 25 m məsafədən standart tapançadan atəş açma yarışlarında Azərbaycan təmsil olunmayıb. Fərdi yarışlarda ukraynalı Pavel Krepostnyak hamıdan dəqiq olub – 572 xal. 1671 xal toplayan Rusiya yığması komanda hesabında hamıdan güclü olub.

 

Kişilərin 300 m məsafədən tüfənglə atəş açma yarışlarında da Azərbaycan təmsil olunmayıb. Fərdi yarışda isveçrəli Yan Loxbihler 598 xalla 1-ci olub. Komanda hesabında Fransa fərqlənib – 1775 xal.

 

Qadınların 300 m məsafədən tüfənglə üç vəziyyətdə atəş açma yarışında da təmsilçilərimiz çıxış etməyib. 580 xal toplayan avstriyalı Fransiska Peyer fərdi, 1699 xal yığan İsveçrə millisi isə komanda yarışında hamını qabaqlayıb.

 

Qadınların skit yarışında fransalı Lüsi Anastasiou çempion olub. Komanda yarışında isə Almaniya hamıdan güclü olub. Reqina Meftehetdinova, Nurlana Cəfərova və Püstəxanım Məlikovadan ibarət yığmamız 170 xalla 9 komanda arasında sonuncu olub. Fərdi yarışda Reqina  63 xalla 17-ci, Nurlana 56 xalla 29-cu, Püstəxanım 51 xalla sonuncu - 36-cı yeri tutub.

 

Millimizin təmsil olunmadığı qızların skit yarışında yunanıstanlı Artemis Kefalidou, komanda yarışınsa İtaliya millisi qızıl medal əldə edib.