16:43 02-08-2017
news_image

Taekvondo yığmamız Qran-Priyə yollandı

Taekvondo i üzrə Qran-Pri turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq yarış avqustun 4-dən 6-dək davam edəcək.

 

G4 kateqoriyalı beynəlxalq turnirdə böyüklərdən ibarət Azərbaycan millisi də qüvvəsiuni sınayacaq. Komandamız bu dəfə yarışda 5 taekvondoçu ilə təmsil olunacaq.

 

Təlim-məşqləri başa vuran komandamız artıq Moskva şəhərindədir. Yarışda kişilərdən Qaşım Maqomedov (58 kq), Məhəmməd Məmmədov, Ayxan Tağızadə (hər ikisi 68 kq), Ramin Əzizov (+80 kq), qadınlardan isə Fəridə Əzizova (67 kq) mübarizə aparacaq. Baş məşqçi Reza Mehmandoust və qadınlardan ibarət milli yığma komandanın baş məşqçisi Elnur Amanovun rəhbərliyi ilə turnirə qatılan millimiz vətənə avqustun 7-də dönəcək.

 

Qeyd edək ki, qalib idmançı aktivinə 40, ikinci yer 24, üçüncü yerə sahib olan isə 14.4 reytinq xalı əlavə etmiş olacaq.