09:40 22-04-2008
news_image
417
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları Qran-Pri turnirinin ilk günündə qələbə qazana bilməyiblər

Bakı. Kənan Həsənov – APA-Sport. Bakıda təşkil olunan şahmat üzrə Qran-Pri turnirində birinci turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu yarışda iştirak edən təmsilçilərimizdən heç biri qələbə qazana bilməyib. Yığmamızın lideri Teymur Rəcəbov ingiltərəli Maykl Adamsla, Şəhriyar Məmmədyarov rusiyalı Pyotr Svidlerlə, Vüqar Həşimov isə fransalı Etyen Bakro ilə heç-heçə edib. Sergey Karyakin (Rusiya) – David Navara (Çexiya), Maqnus Karlsen – Van Yue (Çin) görüşlərində də qalib müəyyənləşməyib. Aleksandr Qrişuk (Rusiya) İvan Çeparinovu (Bolqarıstan), Qata Kamski (ABŞ) Ernesto İnarkiyevi (Rusiya) məğlub edib.
Bu gün ikinci tur çərçivəsində yeddi oyun keçiriləcək: E.Bakro - T.Rəcəbov, E.İnarkiyev - Ş.Məmmədyarov, V.Yue - V.Həşimov, Q.Kamski – D.Navara, A.Qrişuk – S.Karyakin, M.Adams – İ.Çeparinov, P.Svidler – M.Karlsen.