18:50 21-04-2008
news_image
394
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov: “Yaxşı odur ki, uduzmamışam, pisdir ki, udmamışam”

Bakı. Anar Cəfərsoy – APA-Sport. “Maraqlı oyun alındı. Partiyanın gedişində bəzən qərar verməyə çətinlik çəkdim. Fikrimcə, Teymur Rəcəbov kimi rəqiblə heç-heçə oynamaq yaxşı haldır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Bakıda keçirilən Qran-Pri turnirində həmyerlimiz Teymur Rəcəbovla heç-heçə edən ingilis Maykl Adams söyləyib.
T.Rəcəbov “APA-Sport”un “Doğma divarlar arasında heç-heçə etmək böyük itki deyilmi” sualına cavab verməkdə çətinlik çəkib: “Bu suala birmənalı cavab vermək çox çətindir. Yaxşı odur ki, uduzmamışam, pisdir ki, udmamışam. Doğma divarlar arasında oynamaq bir tərəfdən yaxşıdır. Digər yöndən isə üzərində böyük məsuliyyət olur. Əlbəttə ki, yarışa qələbə ilə başlamağı çox istərdim. Amma alınmadığına təəssüflənirəm. Bununla belə, hələ heç nə itirilməyib və əsl mübarizə qabaqdadır”.
Şahmatçımızın qənaətincə, üç zəka sahibi turnirin favoritidir. O, qeyd edib ki, bunlar Maqnus Karlsen, Şəhriyar Məmmədyarov və Aleksandr Qrişukdur.