10:15 04-08-2017
news_image
1791
FUTBOL

“Texniki cəhətdən çox yüksək kollektivimiz var” – “Neftçi”nin yeni transferi

“Təbii ki, "Neftçi” haqqında məlumatım var idi. Yaşadığım şəhər Zaqrebi təmsil edən "Dinamo” 5-6 il bundan əvvəl UEFA Çempionlar Liqasının seçmə mərhələsi çərçivəsində bu komanda ilə üz-üzə gəlmişdi. O vaxtdan "Neftçi”ni tanıyıram”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Mateo Mujek deyib.

 

Bakı təmsilçisinin yeni transferi klubun televiziyasına danışıb. 22 yaşlı xorvatiyalı müdafiəçi bildirib ki, “Neftçi” haqqında təəssüratım yaxşıdı: “Texniki cəhətdən çox yüksək bir kollektivimiz var. Bu komanda əvvəl çıxış etdiyim çempionatdan daha yüksək səviyyədə olan Azərbaycan Premyer Liqasında mübarizə aparır. Komanda yoldaşlarım çox yaxşıdılar və heç vaxt öz köməklərini məndən əsirgəmirlər. Buna görə də məni hər şey qane edir. Hazırda "Neftçi”dəyəm və yalnız bunu düşünürəm. Gələcəkdə isə nə olacağına baxarıq”.