20:49 06-08-2017
news_image
1263
FUTBOL

İngiltərənin “super”i: “Arsenal” - VİDEO

İngiltərədə Super Kubokunda qalib müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Londonun “Uembli” stadionunda keçirilən qarşılaşmada iki London təmsilçisi – son çempion “Çelsi” ilə ölkə kubokunun qalibi “Arsenal” üz-üzə gəlib.

 

Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. “Zadəganlar”ın heyətində Viktor Moses, “Arsenal”da Kolaşinats fərqlənib.

 

Penaltilər seriyasında isə “Arsenal” 4:1 hesabı ilə qalib gələrək Super Kuboka sahib olub.