09:40 07-08-2017
news_image
3324
TOP OYUNLARI

Basketbolçularımızdan biabırçı çıxış: 24 komanda arasında 22-ci yer

18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının B divizionunda yarışa yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi turnirdə uğursuz çıxış edib.

 

Qrup mərhələsində keçirdiyi 5 görüşün hamısında uduzan yığmamız 17-24-cü yerlər uğrunda mübarizə aparıb. İsveçrəyə 58:60 (16:15, 7:9, 23:15, 12:21) hesabı ilə uduzan komandamız yeganə qələbəsini Lüksemburq üzərində qazanıb – 73:69 (11:26, 21:16, 15:11, 14:8, əlavə vaxt 12:8).

 

21-ci yer uğrunda görüşdə Albaniyaya 56:69 (12:15, 8:17, 17:19, 19:18) hesabı ilə uduzan millimiz 24 komanda arasında 22-ci olub.