15:54 07-08-2017
news_image
758
TOP OYUNLARI

Braziliya yığmasından növbəti çempionluq

Qadın voleybolçular arasında Qran-pri yarışları başa çatıb. Apasport.az saytının məlumatına görə, turnirin qalibi Braziliya millisi olub.

 

“Sambaçılar” həlledici görüşdə İtaliya millisini məğlub ediblər – 3:2 (26:24, 17:25, 25:22, 22:25, 8:15). Bu, braziliyalıların analoji yarışda 12-ci çempionluğu olub. Onlar bunadək 11 qızıl, 5 gümüş və 2 bürünc medal qazanmışdılar.

 

Üçüncü yer isə Serbiyaya qismət olub. Onlar “bürünc döyüşü”ndə Çinə 3:1 (25:22, 20:25, 25:23, 25:21) hesabı ilə qalib gəliblər.

 

Növbəti sıralarda müvafiq olaraq, Hollandiya, ABŞ, Yaponiya, Dominikan Respublikası, Rusiya, Tailand, Türkiyə və Belçika voleybolçuları qərarlaşıblar.

 

Qeyd edək ki, braziliyalı Natalya Pereyra Qran-prinin ən dəyərli oyunçusu seçilib.