19:58 07-08-2017
news_image
1091
FUTBOL

“Milan” heyətini açıqladı: Yeni transferlər də var

“Milan” Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı “Şkendiya” ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Apasport.az-ın məlumatına görə, “rassionerilər” siyahını rəsmi saytı vasitəsilə açıqlayıb.

 

Maliyyə məsələləri səbəbindən iyuldan bəri heyətə daxil edilə bilməyən yeni transferlər Leonardo Bonuççi və Lukas Bilya ilə bağlı problem də yoluna qoyulub. Hər iki oyunçu Avroliqa matçında komandasına kömək edə biləcək.

 

“Milan”ın heyəti aşağıdakı futbolçulardan ibarətdir.

 

Qapıçılar: 30. Marko Storari, 75. Alessandro Qurnone, 90. Antonio Donnarumma, 99. Canluici Donnarumma

 

Müdafiəçilər: 2. Davide Kalabria, 12. Andrea Konti, 13. Alessio Romanyoli, 15. Qustavo Qomez, 17. Kristian Zapata, 19. Leonardo Bonuççi, 20. İqnazio Zapata, 22. Matteo Musakio, 29. Qabriel Paletta, 31. Luka Antonelli, 68. Rikardo Rodrigez

 

Yarımmüdafiəçilər: 4. Xose Mari, 5. Ciakomo Boneventura, 10. Hakan Çalhanoğlu, 18. Riakrdo Montolivo, 21. Lukas Bilya, 23. Xose Sosa, 45. Nikkolo Zanellato, 46. Matteo Qabbiya, 73. Manuel Lokatelli, 79. Frank Kessye

 

Hücumçular: 8. Suso, 9. Andre Silva, 11. Fabio Borini, 63. Patrik Kutron, 70. Karlos Bakka, 94. Mbaye Nyanq

 

Qeyd edək ki, “Milan” – “Şkendiya” oyunu avqustun 17-də keçiriləcək.