17:13 20-08-2017
news_image
2220
DÖYÜŞ NÖVLƏRİ

Universiadada ilk medalı cüdoçumuz qazandı

Taypey şəhərində keçirilən tələbələrin Universiadasında cüdo yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, Oyunların ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

 

Ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edən Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək, universiadanın qalibi adına layiq görülüb.

 

Cüdoçumuz Almaniya, Latviya, Bosniya-Herseqovina, Rusiya və Yaponiya idmançılarına qalib gələrək qızıl medal qazanıb. Taypeydə Azərbaycan cüdoçusunun şərəfinə dövlət himnimiz səsləndirilib və üçrəngli bayrağımız qaldırılıb.