15:03 23-04-2008
news_image
452
DİGƏR NÖVLƏR

Azərbaycan boks yığması Astanada təlim-məşq toplanışı keçəcək

Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın boks üzrə milli komandası Qazaxıstanın paytaxtı Astanada təlim-məşq toplanışı keçəcək. Bu haqda “APA-Sport” agentliyinə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib. Onun sözlərinə görə, aprelin 27-də başlanacaq hazırlıq prosesi mayın 14-dək davam edəcək. Təlim-məşq toplanışında Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanan Samir Məmmədov (51 kq) və Şahin İmranov (57 kq), həmçinin Elşən İsmayılov (54 kq), Şəhriyar Tağıyev (57 kq) və Famil Süleymanovun (60 kq) iştirakı nəzərdə tutulub. Astanaya yollanan heyətə S.Məmmədovun şəxsi məşqçisi, Peşəkar Boks Federasiyasının prezidenti, əməkdar məşqçi Zahid Əliyev rəhbərlik edəcək.