16:13 23-04-2008
news_image
535
STOLÜSTÜ OYUNLAR

David Navara: “Bakıdakı Qran-Prinin açılış mərasiminin nə zaman başlayacağı haqda məlumatım yox idi”

Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakıda keçirilən Qran-Pri turnirinin iştirakçılarından olan çexiyalı qrossmeyster David Navara deyib. O, yarışın açılışında onun əvəzinə püşk çəkilməsi ilə bağlı təşəkkürünü bildirib: “Turnirin təşkilatçıları çox sağ olsunlar. Mənim əvəzimə zəhmət çəkiblər. Ümumiyyətlə, gecikdiyim üçün üzr istəyirəm”.
D.Navara yarışda uğurlu çıxış üçün əlindən gələni edəcəyini söyləyib. “Hələlik işlər yaxşı gedir. Hesabımda 1 xal var. Ümid edirəm ki, sonda daha da yaxşı olacaq”.