15:54 30-08-2017
news_image
3114
FUTBOL

“Maksimum dərəcədə məsuliyyətli olmalıyıq” – millimizin rəqibi

“Millinin qarşıdakı oyunlarında da məsuliyyəti öz üzərimə götürəcəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Norveç yığmasının futbolçusu Coşua Kinq deyib.

 

Skandinaviya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Azərbaycan millisini qəbul edəcək.

 

Ölkəsinin mətbuatına danışan Kinq bu oyuna və ayın 4-də Almaniya ilə keçiriləcək matça böyük önəm verdiklərini bildirib: “Baş məşqçi Lars Laqerbek məni kənara çəkib, yığmanın liderlərindən biri olduğumu dedi. Bunu dünyanın ən yaxşı liqalarından birində çıxış etməyimlə əlaqələndirdi. Təbii ki, mənim haqda bu cür düşünməsində milliyə keçirdiyim əvvəlki oyunlar da rol oynayıb. Kapitanlıq sarğısını kimin daşımasının önəmi yoxdu. Mən bütün görüşlərdə ürəkdən oynayıram, əlimdən gələni edirəm. Meydanda maksimum dərəcədə məsuliyyətli olmaq lazımdı”.

 

Qeyd edək ki, “Bornmut”un formasını geyinən 25 yaşlı hücumçu 2012-ci ildən Norveç millisinin şərəfini qoruyur. O, yığmada 28 oyuna 7 qola imza atıb.