21:47 30-08-2017
news_image

3 gün sonra 3-cü yerdə

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, mötəbər yarışın üçüncü günündən sonra Azərbaycan cüdoçuları iki gümüş medal qazanıblar.

 

Bu nəticədən sonra yığmamız ölkələrin sıralamasında 3-cü yerdə qərarlaşıb. Komandamızın aktivində bir 5-ci yer də var.

 

Siyahının ilk pilləsində Yaponiya var. “Gündoğar ölkə” təmsilçiləri ümumilikdə 8 (5 qızıl, 2 gümüş və 1 bürünc) medal qazanıblar.

 

Monqolustan isə 4 medalla (1-1-2) ikinci pillədə məskunlaşıb.