01:25 31-08-2017
news_image
2096
FUTBOL

“Bunu ancaq mənim meyitimin üstündən keçib edə bilər” – klub prezidenti

“Napoli”nin prezidenti Aurelio De Laurentis Lorenzo İnsinyenin “Barselona”ya mümkün keçidi haqqında danışıb. Apasport.az saytının məlumatına görə, klub rəsmisi bunun mümkün olmayacağını bildirib.

 

“SKY Sports İtalia”nın müxbiri ondan menecer Mino Rayolanın İnsinyeni Kataloniyaya aparmaq istədiyini soruşarkən Laurentis belə cavab verib: “Rayola nə istəsə edə bilər. Ancaq söhbət İnsinyenin “Barselona”ya keçməsindən gedirsə, bunu ancaq mənim meyitimin üstündən keçib edə bilər. Daha əvvəl Marek Hamşiki də bizdən aparmaq istəyirdi, amma göründyü kimi bunu bacarmadı və Hamşik 10 ildir ki, bizim klubda çıxış edir”.

 

Qeyd edək ki, Mino Rayola bir çox ulduz futbolçunun menecerliyini edir və bir sıra gözlənilməz transferlərə imza atıb.