09:32 31-08-2017
news_image
842
TOP OYUNLARI

Millimiz Xorvatiyaya gücünü göstərdi

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Xorvatiya yığması ilə ikinci dəfə güclərini yoxlayıblar.

 

Qarşılaşma komandamızın qələbəsi ilə yekunlaşıb. Voleybolçularımız rəqibini 3:1 ( 25:16, 25:19, 22:25, 25:16) hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, yığmamızın xorvatlarla ilk görüşü 2:2 hesabı ilə başa çatmışdı.