00:34 02-09-2017
news_image
9190
FUTBOL

Yığmamız Norveçdən məğlub dönür - YENİLƏNİB

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, VII tur çərçivəsində 3 qarşılaşma baş tutub.

 

Azərbaycan millisi Norveç yığması ilə qarşılaşıb. Komandamız səfər oyununu Skandinaviyada keçirib.

 

Bu oyuna qədər ardıcıl üç məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğursuzluq zolağından çıxa bilməyərək seriyanı 4-ə çatdırıb.

 

Komandamız ilk oyunda Bakıda məğlub etdiyi rəqibinə 0:2 hesabı ilə uduzub. Bədavi Hüseynovun kobudluğu ilə penalti vurmaq şansı qazanana evsahibləri 32-ci dəqiqədə hesabı açıblar. Zərərçəkmiş Kinq dəqiq oynayıb.

 

İkinci hissədə isə Rəşad Sadıqov qapıları səhv salıb. Kapitan 60-cı dəqiqədə topu öz qapısına yollayaraq yekun nəticəni müəyyənləşdirib.

 

Komandamız uduzaraq həm də mövqeyini əldən verib. Çünki xal hesabında yığmamıza çatan skandinaviyalılar əlavə göstəricilərdə 4-cü sıranı ələ alıb. 

 

DÇ-2018-in seçmə mərhələsi

1 sentyabr

 

Norveç – Azərbaycan - 2:0

Qırmızı vərəqə: Bədavi Hüseynov, 90 (ikinci sarı)

Qollar: Kinq, 32 (pen.), Rəşad Sadıqov, 60 (öz qapısına)

 

Baş hakim: Daniel Stefanski

Baş hakimin köməkçiləri: Robert Marçin Bonek,  David Qolis

Dördüncü hakim: Bartoş Frankovski (hamısı Polşa)

Hakim-inspektor: Con Peter (İngiltərə)

Komissar: Nikolae Kamelia (Rumıniya)

Oslo. “Ulleval” stadionu

 

Norveç: 1. Runye Yarsteyn, 2. Haytem Alesami, 3. Yorgen Skyelvik, 6. Havard Nordveyt, 7. Coşua Kinq, 8. Stefan Yohansen, 9. Aloeksandr Sorlot, 11. Muhammed Elyunisi, 15. Sander Berge, 16. Yonas Svensson, 20. Mots Moller Daehli

Ehtiyat oyunçular: 12. Sten Qrtebust, 22. Andre Hansen, 4. Siqurd Rosterd, 5. Qustav Valsvik, 10. Tarik Elyunisi, 13. Anders Trondsen, 14. Omar Elabdellaoui, 17. Martin Linnes, 19. Byörn Consen, 21. Birger Melinq, 23. Co İnge Berget

 

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Pavlo Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 9. Namiq Ələsgərov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov, 16. Cavid Hüseynov, 17. Mahir Mədətov, 20. Riçard Almeyda

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 7. Araz Abdullayev, 8. Renat Dadaşov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 18. Təmkin Xəlilzadə, 19. Rahid Əmirquliyev, 21. Tərlan Quliyev, 22. Əfran İsmayılov

 

 

1.

Almaniya

7

7

0

0

29:2

21

2.

Şimali İrlandiya

7

5

1

1

14:2

16

3.

Çexiya

7

2

3

2

10:7

9

4.

Norveç

7

2

1

4

8:10

7

5.

Azərbaycan

7

2

1

4

3:11

7

6.

San Marino

7

0

0

7

1:33

0