12:11 01-09-2017
news_image

Taekvondoçularımız Türkiyədə 6 medal qazandılar

Türkiyənin Çərkəzköy şəhərində taekvondo üzrə keçirilən “30 avqust Zəfər kuboku”na yekun vurulub. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 8 ölkədən 375 idmançının qatıldığı turniri Azərbaycan idmançıları 6 mükafatla başa vurublar.

 

Bu medallardan ikisi yarışın son günü əldə olunub. 2 saylı “Gömrükçü” İdman Klubunun yetirmələri Mirhilal Həsənov (37 kq) və Cavid Məmmədov (54 kq) finala yüksəlsələr də, ikinci yerlə kifayətləniblər.

 

Onlardan öncə isə Səadət Quliyeva (30 kq) gümüş, Zeynəb Məmmədova (30 kq), Osmanov Osman (33 kq) və Mehriban Məmmədova (-44 kq) isə bürünc medala layiq görülüb.