12:39 01-09-2017
news_image

Dünya çempionatında cəmi 1 idmançımız olacaq

Bu gün Rusiyanın paytaxtı Moskvada stend atıcılığı üzrə dünya çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışda cəmi 1 snayperlə çıxış edəcək.

 

Sentyabrın 11-də başa çatacaq mundialda Mirzə Bəşirov hədəf önünə keçəcək. O, trap növündə dəqiqliyini yoxlayacaq.

 

Qeyd edək ki, çempionata 76 ölkədən 640 idmançı qatılıb.