
19:09
“Coşua Kinq bu gün möhtəşəm idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç millisinin oyunçusu Stefan Yohansen deyib.
DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşan Skandinaviya ölkəsinin futbolçusu öz ölkəsinin mətbuatına açıqlamasında oyun haqqında fikirlərini bölüşüb.
Yohansen komanda yoldaşı Kinqin oyununu xüsusi qeyd edib: “Bizə görə xoşdu, ancaq düşünmürəm ki, azərbaycanlılar ona qarşı oynamağın gözəl olduğunu desinlər. Kinq və Aleksandr Sorlotun Azərbaycana qarşı əla oyununu vurğulamalıyam. Rəqib müdafiəçilər onların qarşısında aciz idilər”.