18:06 24-04-2008
news_image
407
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov Qran-Pri turnirinin reytinq favoriti Maqnus Karlseni məğlub edib

Bakı. Kənan Həsənov – APA-Sport. Bakıda təşkil olunan şahmat üzrə Qran-Pri turniri çərçivəsində dördüncü turun oyunları keçirilir. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamızın üzvü Şəhriyar Məmmədyarov turnirin reytinq favoriti Maqnus Karlsenlə (Norveç) qarşılaşıb. Ağ fiqurlarla oynayan beynəlxalq qrossmeysterimiz rəqibini 37-ci gedişdə təslim olmağa məcbur edib. Turnirdə ilk qələbəsini qazanan və xallarının sayını 2-yə çatdıran Ş.Məmmədyarov yer aldığı autsayderlər qrupunu tərk edib.