12:40 06-09-2017
news_image
2139
DİGƏR NÖVLƏR

Olimpiyaçımız Bolqarıstan adından yarışıb, Avropa çempionu oldu - FOTO

Polşada 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatı keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan millisinin sabiq idmançısı Boris Yotov da qitənin ən güclüsü adını qazanıb.

 

Rio-2016-da yığmamızın heyətində yer almış bolqarıstanlı akademik avarçəkmə yarışlarında 2000 m məsafəyə yürüşdə finiş xəttinə birinci çatıb. O, bu məsafəni 7:28,74 dəqiqəyə qət edib.

 

Qeyd edək ki, 21 yaşlı Yotov bu ilin mayından vətəni Bolqarıstana qayıdıb.