14:24 07-09-2017
news_image
1257
TOP OYUNLARI

Azərbaycan çempionu Fransa klubunun baş məşqçisi oldu - FOTO

Azərbaycan çempionu Draqutin Baltiç karyerasını Fransada davam etdirəcək. Apaasport.az saytının məlumatına görə, “Rabitə” və “Lokomotiv”i çalışdırmış sloveniyalı baş məşqçi “Le Kann”ın “sükanı arxasına” keçib.

 

O, Fransa çempionatının gümüş medalçısı ilə 1 illik razılıq əldə edib. Baltiç bu postda “dəmiryolçular”ın sabiq çalışdırıcısı Karlo Parisini əvəzləyib.

 

Qeyd edək ki, 2010-cu ildə “Rabitə” ilə Azərbaycan çempionu olan və CEV kubokunun bürünc medalını qazanan çalışdırıcı Bakı “Lokomotiv”ini də uğura daşıyıb. O, 2012-ci ildə “dəmiryolçular”ı “Çelenc Cup” çempion və Super Liqanın ikincisi edib.