20:16 07-09-2017
news_image
3349
FUTBOL

Dünyanın ilk “dəyişdiriləbilən stadion”u bu olacaq - VİDEO

İngiltərənin “Tottenhem” klubu yeni stadionunun videogörüntülərini təqdim edib. Apasport.az saytının məlumatına görə, idman arenası ən müasir texnologiya ilə inşa olunub.

 

Belə ki, stadion həm futbol həm də amerikan futbolunu qəbul edə biləcək. Bunun üçün isə arenanın qazonu xüsusi müxanizmlə dəyişdirilir.

 

Qeyd edək ki, hazırda tikintisi davam edən stadion 61 min azarkeş tutumuna malik olacaq. Onun 2018/19 mövsümünün startına qədər tam təhvil verilməsi planlaşdırılır.