12:14 25-04-2008
news_image
363
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı İspaniyada keçirilən beynəlxalq turnirdə vahid liderdir

Bakı. Kənan Həsənov – APA-Sport. İspaniyanın San Kristobal de La Laquna şəhərində təşkil olunan beynəlxalq şahmat turniri davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, 17320 avro mükafat fondu olan yarışda ölkəmizi Fransada yaşayan soydaşımız Namiq Quliyev təmsil edir. Reytinqinə görə turnirin 8-ci şahmatçısı olan N.Quliyev ardıcıl beş oyunda qalib gəlib. Bununla da, qrossmeysterimiz maksimum nəticə ilə turnirin vahid liderinə çevrilib. O, bu gün 4,5 xalla ikinci pillədə qərarlaşan Fernando Peralta (Argentina) ilə görüşəcək. 131 idmançının qatıldığı və 9 turdan ibarət turnirin qalibi 3000 avro qazanacaq.