20:41 09-09-2017
news_image
771
FUTBOL

“Qarabağ”dan əvvəl səfər qələbəsi - VİDEO

İngiltərə Premyer Liqasının IV turunda “Çelsi” səfərdə “Lester”lə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, son iki çempionlarının dueli qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan və sentyabrın 12-də təmsilçimizlə qarşılaşacaq londonluların heyətində Morata və Kante fərqlənib. Meydan sahiblərinin qoluna isə Vardi imza atıb.