16:13 25-04-2008
news_image
462
STOLÜSTÜ OYUNLAR

Bakıda təşkil olunan Qran-Pri turnirində Şəhriyar Məmmədyarov Vüqar Həşimovla heç-heçə edib - FOTO

Bakı. Kənan Həsənov – APA-Sport. Bakıda təşkil olunan şahmat üzrə Qran-Pri turnirində beşinci turun oyunları başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, artıq qarşılaşmalardan biri başa çatıb. Azərbaycan milli komandasının üzvləri Şəhriyar Məmmədyarovla Vüqar Həşimovun duelində qalib müəyyənləşməyib. Tərəflər 26-cı gedişdə xal bölgüsünə razı olublar. Bu nəticədən sonra V.Həşimov xallarının sayını 3-ə, Ş.Məmmədyarov isə 2,5-ə çatdırıb.