09:23 15-09-2017
news_image
692
TOP OYUNLARI

İtaliya yığması Bakıya gəlir

Qadın voleybolçulardan ibarət İtaliya millisi bu gün Bakıya gələcək. Apasport.az saytının məlumatına görə, Apennin təmsilçisi Avro-2017-yə hazırlığını Azərbaycan yığması ilə birgə keçirəcək.

 

Davide Matsantinin yetirmələri paytaxtımızda hazırlıqla yanaşı, komandamızla yoxlama görüşü də keçirəcək. Onlar sentyabrın 19-da isə ölkəmizdən ayrılacaq. İtaliyalılar Avro-2017-nin qrup oyunlarını keçirmək üçün Tiflisə yollanacaqlar.

 

Qeyd edək ki, sentyabrın əvvəlində Azərbaycan millisi də İtaliyada hazırlıq keçmişdi. Komandamız rəqibi ilə 3 yoxlama görüşündə də qüvvəsini sınamışdı.