16:58 15-09-2017
news_image
1102
TOP OYUNLARI

“Məyus etdiyimiz azarkeşləri Bakıda sevindirməliyik”

“Azərbaycanda Avropa çempionatında azarkeşlərimizin sayının çox olub və ya olmayacağını demək çətindi. Bakıda yalnız klub səviyyəli turnirlərdə olmuşuq”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya millisinin voleybolçusu Natalya Qonçarova deyib.

 

Komandasının lideri Azərbaycan və Gürcüstanda keçiriləcək Avro-2017 ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, Bakıya yığmanın heyətində heç vaxt yollanmadığından ordakı ab-havanı deməkdə çətinlik çəkir: “Yığma ilə heç vaxt getməmişəm. Özümə də orda necə olacağı və bizi nə qədər adamın dəstəkləyəcəyi maraqlıdı”.

 

Qonçarova “championat.com”a Avropa çempionatındakı hədəflərini də açıqlayıb: “Çempionlar Kubokunda məyus etdiyimiz azarkeşləri Bakıda sevindirməliyik. Avropa çempionatında o qədər də dünya səviyyəli güclü komandalar olmayacaq. Bu üzdən də yaxşı oyun nümayiş etdirib, ardıcıl 2 dəfə qazandığımız kuboku qorumaq istəyirik. Əlbəttə ki, titulu qorumaq, xüsusilə də onu ikinci dəfə qorumaq qazanmaqdan daha çətindi. Bizimlə oyuna hamı yaxşı köklənir və bu səbəbdən də hər qarşılaşmamız çətin olacaq”.