09:59 26-04-2008
news_image
406
STOLÜSTÜ OYUNLAR

Rauf Məmmədov Avropa çempionatında növbəti qələbəsini qazanıb

Plovdiv. Vüqar Xeyrullayev - APA-Sport. Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan şahmat üzrə şəxsi Avropa çempionatında beşinci turun oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, kişilərin birinciliyində Rauf Məmmədov növbəti qələbəsini qazanıb. Milli komandamızın üzvü 5-ci tur çərçivəsində rusiyalı Dmitri Kokarevi məğlub edib. Hesabında 4,5 xal olan şahmatçımız ikinci yerdə qərarlaşıb. Bu gün keçiriləcək 6-cı turda R. Məmmədov yarım xal geri qaldığı yarışın lideri israilli Emil Sutovski ilə qarşılaşacaq. Digər təmsilçilərimizdən Qədir Hüseynovla Nicat Məmmədov 3,5, Eltac Səfərli 2,5, Fərhad Tahirov isə 2 xal toplayıb. Qadınların yarışında liderlər qrupunda qərarlaşan Nərmin Kazımova 5-ci turda Viktoriya Çmiliteyə (Litva) məğlub olub. İlahə Qədimova, Xəyalə İsgəndərova və Zeynəb Məmmədyarovanın 3, Türkan Məmmədyarova ilə Nərgiz Umudovanın 2,5, Gülnar Məmmədovanın 1,5 xalı var.