12:48 16-09-2017
news_image
1176
TOP OYUNLARI

“Bakı” 4 komandalı Azərbaycan çempionatında

Kişi həndbolçular arasında ölkə çempionatının iştirakçılarının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, beynəlxalq arenada əcnəbilərə güvənən Azərbaycan Həndbol Federasiyası bu dəfə də yarışı cəmi 4 komanda arasında keçirməyi planlaşdırır.

 

Belə ki, ötən il olduğu kimi, bu dəfə də “Məhsul”la “Təhsil” çempionata qatılacaqlar. “Nəsimi” yarışdan imtina etdiyindən onları “Bakı” əvəzləyəcək. RİOEUGİM-ə gəldikdə, komandanın bu adla oynaması istisna deyil. Gənc həndbolçuların cəmləşdiyi klub gənclər yığması adı ilə də mübarizə apara bilər.

 

Çempionatın oktyabrda başlaması nəzərdə tutulub.