14:42 16-09-2017
news_image
1360
DİGƏR NÖVLƏR

Ruslan Lunyovun qoruduğu “onluq” - FOTO

Beynəlxalq İdman Atıcılıq Federasiyası reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycan snayperləri də yer alıblar.

 

Güllə atıcılığı üzrə millimizin lideri Ruslan Lunyov mövqeyini qoruyub. 10 m məsafəyə atəşaçmada 28-ci olan təmsilçimiz 25 m-də yenə 10-cudu.

 

10 m məsafəyə atəşaçmada Nigar Nəsirova da yerində sayıb. O, yenə də 58-cidi.

 

Stend atıcılarının cədvəlinin ön sıralarında isə Azərbaycan idmançısı yer almayıb.