17:46 16-09-2017
news_image
630
TOP OYUNLARI

Türkiyə millisinin baş məşqçisi Bakıya addım-addım irəliləmək üçün gəlir

“Avropa çempionatında hədəfimiz uğurlu çıxışdı. Yarışın start üçün son həftə olsa da, hazırlıqlarımız davam edir”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Türkiyə millisinin baş məşqçisi Covanni Quidetti deyib.

 

Təcrübəli mütəxəssis Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Qonşu ölkədə mətbuat konfransı keçirən Quidetti bildirib ki, yarışa qatılacaq hər bir yığma güclüdü: “Bizim kimi, rəqiblərimiz də sonadək getməyə, ən yaxşı oyununu göstərmək üçün meydana çıxacaq. Əvvəldən sonadək hər matçı bir hədəf olaraq düşünəcəyik və addım-addım irəliləyəcəyik”.

 

Qeyd edək ki, Ukrayna, Rusiya və Bolqarıstanla C qrupunda yer alan “ay-ulduzlular” sentyabrın 20-də Bakıya gəlməyi planlaşdırır. Bu qrupun matçları Milli Gimnastika Arenasında keçiriləcək.