09:27 18-09-2017
news_image
388
TOP OYUNLARI

Azərbaycan çempionu mərhələ adladı

EHF kubokunun I təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycanın qadın həndbolçulardan ibarət “Nur” komandası da ilk oyunlarını keçirib.

 

Debüt matçında İsveçin “Lugi” komandası ilə qarşılaşan Mingəçevir təmsilçisi 2 görüşün nəticəsinə əsasən mərhələ adlayıb.

 

Belə ki, Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan birinci görüşdə qalib müəyyənləşməyib. Hər komanda 24 dəfə fərqlənib. İkinci oyunda isə Valeri Qonçarın rəhbərlik etdiyi rusiyalılardan ibarət “Nur” qələbə qazanmağı bacarıb. Azərbaycan çempionu 29:27 hesabı ilə qalib gəlib.

 

EHF kuboku, I təsnifat mərhələsi

İlk oyun

“Nur” (Azərbaycan) - “Lugi” (İsveç) – 24:24 (10:11)

 

İkinci oyun

“Lugi” (İsveç) - “Nur” (Azərbaycan) – 27:29 (10:16)