11:43 27-04-2008
news_image
389
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı İspaniya turnirində ikinci sırada qərarlaşıb

Bakı. Kənan Həsənov – APA-Sport. İspaniyanın San Kristobal de La Laquna şəhərində keçirilən beynəlxalq şahmat turniri davam edir. «APA-Sport» agentliyinin məlumatına görə, 17 320 avro mükafat fondu olan yarışda Azərbaycanı Fransada yaşayan həmyerlimiz Namiq Quliyev təmsil edir. Reytinqinə görə turnirin 8-ci şahmatçısı olan N.Quliyev 6 xalla ikinci pillədə yer alıb. Beynəlxalq qrossmeysterimiz son görüşünü bu gün ispaniyalı Hermino İdalqo Herraizə qarşı keçirəcək.
Qeyd edək ki, 131 idmançının qatıldığı və 9 turdan ibarət olan turnirin qalibi 3 min avro qazanacaq.