10:57 28-04-2008
news_image
427
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı İspaniyada keçirilən beynəlxalq turnirində ikinci yeri tutub

Bakı. Kənan Həsənov – APA-Sport. İspaniyanın San Kristobal de La Laquna şəhərində keçirilən beynəlxalq şahmat turniri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, 17320 avro mükafat fondu olan yarışda ölkəmizi Fransada yaşayan həmyerlimiz Namiq Quliyev təmsil edib. Reytinqə görə turnirin 8-ci şahmatçısı olan N.Quliyev, keçirdiyi 9 oyundan 6,5 xal toplayaraq ikinci yeri tutub. Qalib adını isə şahmatçımızı yarım xal qabaqlayan reytinq favorit Oleq Korneyev (Rusiya) qazanıb.