00:09 25-09-2017
news_image
758
TOP OYUNLARI

“Bizdə “dəlilik” çatmadı” – Polşa millisinin baş məşqçisi

“Düşünürəm ki, ilk taym-auta qədər pis başlamamışdıq. Ancaq sonradan Polina Rəhimova və Nataliya Məmmədovanı dayandıra bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri voleybol üzrə Polşa millisinin baş məşqçisi Yaçel Navroçki deyib.

 

Voleybol üzrə qadınlar arasında Avropa çempionatının A qrupunda yarışan millimiz ikinci matçında Polşa ilə qarşılaşıb.

 

Yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra rəqibin çalışdırıcısı oyun haqqında fikirlərini bölüşüb: “Kseniya Poznyak da yaxşı idi. Belə rəqiblərə qarşı hücumda bir qədər risk almalı, “dəlilik” eləməlisən. İkinci setdə top bəzən saatda 100 km və daha sürətlə gəlirdi. Bizim qızlar isə tez-tez bu cür situasiyalarla qarşılaşmırlar. Üçüncü setdə şans bizə tərəf gəldi, ancaq onda da dediyim “dəlilik” çatmadı”.